Gəncədə 4-cü sinif şagirdləri əvvəl Şəhidlər xiyabanını, sonra isə erməni terroru nəticəsində bombalanan məhəlləni ziyarət ediblər. Bu haqda Gencexeber.az-ın müxbiri 12 oktyabr tarixində xəbər verib.
Balacalar şəhidlərin xatirəsini anıblar və şeirlər oxuyublar. Tədbir şagirdlərin müəllimi Aynurə Abdullayevanın təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, onlar Samux rayon Qarabağlar kənd tam orta məktəbin 4-cü sinif şagirdləridir.
