Gəncədə iməcilik keçirilib. Bu haqda 21 oktyabr tarixində MKTİB-yə istinadən xəbər veririk.
Gəncəçayın məcrası boyu və şəhərin körpülərini əhatə edən təmizlik aksiyası baş tutub. Burada məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınıb. Şəhərin adıçəkilən hissəsində mütəmadi olaraq, yabanı bitkilər əl əməyi ilə biçilir, məişət tullantıları da analoji üsulla yığılır.
Təmizlik işləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən görülüb.
Qeyd edək ki, qurum sakinlərdən tullantıları çayın ərazisinə deyil, xüsusi konteynerlərə atmağı xahiş edir.
[modula id="48410"]