Gəncədə gömrükçülər üçün təlim keçirilib. Bu haqda 18 oktyabr tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat veririk.
Tədbirə 16 gömrük əməkdaşı qatılıb. Təlim “Bir pəncərə” prinsipi, gömrük dəyərinin müəyyən edilməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərində gömrük nəzarətinin təşkili, mədəni sərvətlərin, dini məzmunlu ədəbiyyatın, xidməti və mülki silahın, valyuta sərvətlərinin və milli valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair mövzuları əhatə edib.
Seminarın məqsədi potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması olub.