Gəncədə tələbələrlə görüş keçirilib. Bu haqda 25 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.
“Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Burada DQİDK-nın bölgə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və tələbələr iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışılıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.