Gəncədə qəza baş verib. Bu haqda Gencexeber.az-a 6 noyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində “Ramada Plaza”nın qarşısında qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə maşın yolun kənarındakı dəmir hasara çarpılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.