Gəncədə növbəti küçənin səkiləri asfaltlanıb. Bu haqda Gencexeber.az-a 16 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şota Rustaveli küçəsindən gedir. Ərazidə texnika və canlı qüvvə çalışıb. Burada piyada səkilərinə asfalt örtüyü salınıb.
Həmçinin bir müddət öncə avtomobil yolu asfaltlanıb və lüklər yer səthindən aşağıda qalıb. Bu səbəbdən quyuların səviyyəsi yol ilə bərabərləşdirilib.