Gəncə şəhərinin bu hissəsində avtobus dayanacaqları yoxdur. Bu haqda Gencexeber.az-a 23 iyun tarixində məlumat daxil olub.
Bu hal şəhərin Dədə Qorqud prospektinin Müseyib Bağırov küçəsi və Şah İsmayıl Xətai prospekti ilə kəsişmələri arasında müşahidə olunur. Sakinlərin sözlərinə görə, bir kilometrdən çox ərazidə avtobus dayanacağı quraşdırılmayıb.
“Avtobuslar müəyyən yerlərdə saxlayıb, sərnişin düşürür və ya götürürlər. Lakin bu ərazidə nə dayanacaq, nə də məlumatlandırıcı yol nişanı yoxdur”, - deyə onlar bildirirlər.