Gəncədə bir sıra küçələrdə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Süleyman Rəhimov, Şota Rustaveli küçələri və Əziz Əliyev prospektindən gedir. Adıçəkilən ilk ünvanda köhnə asfalt örtüyü qaşınaraq çıxarılır. Ərazidə aidiyyəti qurumun texnika və əməkdaşları işləyir. Növbəti mərhələdə bura yeni örtük salınacaq.
Əziz Əliyev prospektində avtomobil yoluna asfalt örtüyü çəkilir. Bildirilib ki, işlər tamamlanmaq üzrədir.
Şota Rustaveli küçəsində isə asfaltın yararsız hissələri çıxarılır. Yol səthi bərabərləşdirilir və həmin yerlərə asfalt örtüyü salınır.
[modula id="40186"]