Gəncədə daha bir küçədə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 19 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Faiq Bayramov küçəsindən gedir. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Küçənin bir hissəsinin avtomobil yolu asfaltlanıb.
Lakin yağmurlu hava şəraitinə görə işlər müvəqqəti olaraq dayandırılıb.
Daha öncə həmin küçədə yol kənarlarına bördürlər düzülüb.