Bu gün şəhid İlqar Əhmədovun doğum günüdür.
İlqar Nəriman oğlu Əhmədov 24 oktyabr 1964-cü ildə Gəncədə anadan olub. O, 37 saylı orta məktəbi bitirib.
Şəhidimiz 1989-cu ildən sərhəd bölgələrinin müdafiəsində dayanıb. Dəfələrlə Fəxri Fərman və qiymətli mükafatlarla təltif olunub. Çaykənd əməliyyatında dəfələrlə kəşfiyyata gedib. Dranbom uğrunda göstərldiyi qəhrəmanlığa görə onun ailəsinə “Təşəkkürnamə” məktubu göndərilib.
İlqar Nəriman oğlu Əhmədov 29 avqust 1992-ci ildə döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.