Bir qrup jurnalist Gəncəyə səfər edib. Bu haqda 12 oktyabr tarixində BP-yə istinadən xəbər veririk.
Yerli media nümayəndələri şəhərimizi ziyarət ediblər. Onların məqsədi “BP”nin tərəfdaşları ilə birlikdə qonşu icmalarda həyata keçirdiyi sosial sərmayə təşəbbüslərinin dayanıqlı nəticələri ilə yaxından tanış olmaqdır.
Jurnalistlər "Yaşıl ürək" layihəsi çərçivəsində salınmış bal ormanına və Gəncə Autizm Mərkəzinə baş çəkiblər. Qonaqlar, həmçinin "Kənd yerlərində sahibkarlığa dəstək" və “Şirin Qızıl” layihələrinin iştirakçıları ilə görüşüblər.