Gəncədə bir neçə küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 7 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Müslüm Maqomayev, Faiq Bayramov və Qara Namazlı küçələrindən gedir. Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub. Faiq Bayramov küçəsində piyada səkisinə asfalt örtüyü salınır. Qara Namazlı küçəsində yolun kənarına yeni bordürlər düzülür.
Müslüm Maqomayev küçəsində isə artıq piyada yoluna asfalt salınıb.
Növbəti mərhələdə avtomobil yolları asfaltlanacaq.
[modula id="47524"]