Gəncədə binaların üzlükləri yenilənir. Bu haqda 13 oktyabr tarixində Dünya TV-yə istinadən məlumat veririk.
MKTİB-nin sifarişi ilə “Baku Building” MMC tərəfindən yaşayış binaları təmir olunur. Tərəflər arasında müqavilə bağlanıb. Sənədə əsasən, 6 yaşayış binasının təmiri nəzərdə tutulub. Həmin tikililərdə artıq işlərə başlanılıb.
Beşinci mikrorayon ərazisindəki binaların fasadları, giriş hissələri səliqəyə salınır. Tikililərin fasadına suvaq vurulur və rənglənir. Blokların qapıları dəyişdirilir, giriş hissələrə isə tamet daşları döşənir.
Sözügedən işlərə 30-a yaxın işçi cəlb olunub. Təmirin yaxın vaxtlarda tamamlanması nəzərdə tutulub.
Verilən məlumata görə, iş şəraitində təhlükəsizlik qaydalarına əməl edilir.