Gəncədə bir sıra binaların təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 21 oktyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Aida İmanquliyeva küçəsi, 53, Dədə Qorqud prospekti, 97, Ələkbər bəy Rəfibəyli küçəsi, 206 və s. ərazilərində müşahidə olunur. Burada yerləşən beşmərtəbəli yaşayış binalarının fasadları baxımsız haldadır.
Sakinlər bildirirlər ki, tikililərin üstündəki suvaq qoparaq yerə tökülür. Bu hal onları narahat edir.
“Binalar nəm çəkir. Üstü də qopub tökülür. Tikilinin üstü təmir olunub. Bu xoş olmayan görüntüdən də qurtulsa, yaxşı olar”, - deyə sakinlər qeyd ediblər.
[modula id="48389"]