Gəncəli şahmatçıya hədiyyə təqdim olunub. Bu haqda 3 may tarixində Bakcell-ə istinadən məlumat veririk.
“Bakcell”in Baş İcraçı Direktoru Klaus Mueller Azərbaycanın qadın şahmatçıları arasında ilk Avropa çempionu olan Ülviyyə Fətəliyeva ilə görüşüb. O, təmsilçimizi qələbə münasibətilə təbrik edib.
Burada Ülviyyəyə qızıl “Bakcell” nömrəsi, 1 illik balans və son model smartfon hədiyyə olunub. Mueller şahmatçımıza karyerasında uğurlarının daimi olmasını diləyib.