Gəncə şəhər Heydər Əliyev Mərkəzində yeni layihə təşkil edilib. Bu haqda 24 aprel tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Azərbaycan kinosu bir aləmdir" layihəsinə start verilib. Tədbir Regional Mədəniyyət İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Könüllüləri İctimai Birliyinin və Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Layihə çərçivəsində keçirilən ilk nümayişdə gənclərə “Gün keçdi” bədii filmi təqdim olunub. Film gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gəncə mədəniyyət könüllüləri layihədə könüllü olaraq fəaliyyət göstəriblər.