Gəncədə ötən ay ərzində ən çox xidmət göstərən həkimin adı açıqlanıb. Bu haqda 6 oktyabr tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında sentyabr ayının statistikası açıqlanıb. Nəticələrə əsasən, ən çox xidmət göstərən həkim-cərrah Rahət Hüseynli olub. Uşaq Xəstəxanasında çalışan həkim ötən ay ərzində 885 xidmət göstərib.
O, 658 ixtisaslı həkim müayinəsi, 74 müalicə, 153 əməliyyat keçirib.