Gəncədə avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi açıqlanıb. Bu haqda 6 noyabr tarixində Report-a istinadən xəbər veririk.
Səhər saatlarında avtomobilin yolu keçən piyadanı vurması barədə məlumat vermişdik. Həmin piyadanın şəxsiyyəti müəyyənləşdirilib. O, 75 yaşlı Musa Əzizovdur. Hadisəni isə "Kia" markalı avtomobil törədib.
Faktla bağlı araşdırmalar davam edir.