Gəncədə universitetlərin biri Macarıstan universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu haqda 19 oktyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti əməkdaşlığa başlayıb. Təhsil müəssisələri arasında onlayn görüş keçirilib. Tədbirdə ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov və Sopron universitetinin rektoru professor doktor Atilla Fabian çıxış ediblər.
Rəhbərlər ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını və bunun gələcəkdə uğurlu nəticələr verəcəyini bildiriblər. Sonda hər iki universitet arasında anlaşma memorandumu imzalanıb. Burada akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.