Gəncədə daha bir kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 9 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Atatürk prospektindən gedir. Burada sakinləri içməli su ilə təchiz edən yeraltı su xətti partlayıb. Əraziyə “Azərsu”nun texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun həmin hissəsi qazılıb. Prospektdə işlər davam edir.
Qeyd edək ki, yolda hərəkət qismən məhdudlaşdırılıb.
[modula id="47617"]