Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Bu haqda 10 may tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti Kitabxanasının kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar mərkəzdə olublar. Mərkəzin əməkdaşı qonaqlara ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən fotostendlər haqqında məlumat verib.
Ekskursiyadan sonra qonaqlar ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Gəncə şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş «Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış» layihəsi çərçivəsində nümayiş edilən sərgi ilə tanış olublar.