Gəncədə küçələrdən birində yol infrastrukturu yaradılır. Bu haqda Gencexeber.az-a 8 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Məhəmməd Xələfov küçəsindən gedir. Abbas Səhhət adına xəstəxananın qarşısında asfalt örtüyünün salınması üzrə işlər aparılır. Avtomobil yolu xüsusi texnika ilə “qaşınıb”. Artıq bordürlərə asfalt örtüyü çəkilib.
Növbəti mərhələdə avtomobil yolu asfaltlanacaq.