Gəncədə “Azəriqaz” işçiləri ilə görüş keçirilib. Bu haqda 14 oktyabr tarixində istehsalat birliyinin baş direktoru Ruslan Əliyevə istinadən məlumat veririk.
Gəncə Regional Qaz İstismarı İdarəsində çalışan əməkdaşlar onları narahat edən məsələləri səsləndiriblər. Nəzarətçi-çilingərlərin iş prosesində qarşılaşdıqları problemlər və s. müraciətlər birliyin baş direktoru Ruslan Əliyev tərəfindən dinlənilib.
Daha sonra Regional Qaz İstismarı İdarəsinin müxtəlif Xidmət Sahələrində çalışan ümumilikdə 10 nəfər əməkdaşının nümunəvi əmək fəaliyyəti yüksək dəyərləndirilib. Onlara Fəxri Fərman və hədiyyə təqdim olunub.