top
“Yuva”sı olmayanlar: Gəncədə sahibsiz itlər problemi - VİDEO
22 may 2025, 13:42
- ↺ +

“Yuva”sı olmayanlar: Gəncədə sahibsiz itlər problemi - VİDEO

 

Gəncədə sahibsiz itlərin toplanması əhalidə ciddi narazılıq və geniş rezonans doğurub.

Gencexeber.az-a daxil olan onlarla şikayətdə bildirilir ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) əməkdaşları şəhərin mərkəzi hissəsində sahibsiz heyvanların toplanmasını iki qrup halında həyata keçirirlər. Bu məqsədlə qoşqulu traktor və yük bölməsi olan motosikletdən istifadə olunur.

Heyvansevərlərin iddiasına görə, traktorlara yüklənən itlər Cavad xan (Avtozavod) qəsəbəsində yerləşən zibil poliqonuna aparılaraq orada buraxılır. Motosikletlə çalışan digər qrupun topladığı heyvanların aqibəti isə hələ də məlum deyil.

MKTİB-nin əməkdaşları hadisə şahidlərinə bildiriblər ki, sahibsiz heyvanlar guya “Yuva” heyvan sığınacağına aparılır. Lakin məlumdur ki, Gəncədə 2023-cü ildə yaradılan “Yuva” heyvan sığınacağı 2024-cü ilin yanvarında maddi çətinliklər səbəbilə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, redaksiyamızın dünən MKTİB-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, şəhərin müxtəlif hissələrindən daxil olan çoxsaylı vətəndaş müraciətləri əsasında tədbir görülür və heyvanlara fiziki zərər yetirilmədən onlar şəhər kənarına buraxılır.

Məsələ ictimaiyyətin və hüquq müdafiəçilərinin diqqətindədir. Vətəndaşlar sahibsiz heyvanların hüquqlarına hörmətlə yanaşılmasını və bu prosesin şəffaf şəkildə aparılmasını tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Bu gün, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Bu gün, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Bu gün, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Oxşar xəbərlər