Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, "Qazel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük maşını yolun hərəkət hissəsinə aşıb, "Mercedes" isə yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.