Gəncədə şəhər birinciliyi keçirilib. Bu haqda 9 oktyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadən məlumat veririk.
Boks üzrə turnir Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada 2005-2006-cı illər təvəllüdlü yeniyetmələr mübarizə aparıblar. Açılış mərasimində regional idarənin idman sektorunun baş məsləhətçisi Elnur Qasımov idmançıları salamlayıb və onlara uğurlar arzulayıb.
Yarışda 48, 51, 54, 57, 60, 63, 67, 71, 75, 80, 86, 90, 92, 92+ kiloqram çəki dərəcələrində idmançılar öz qüvvələrini sınayıblar. Birinciliyin sonunda qaliblər diplom və medallarla təltif olunublar.
[modula id="47582"]