Şəmkir şəhər sakini, 1944-cü il təvəllüdlü Vaqif Fəttahovun yaşadığı evdə meyiti tapılıb.
Gencexeber.az-ın məlumatına əsasən, mərhum evdə tək olub.
Onun həyat yoldaşı yaxınlarıgilə qonaq getdiyi üçün V.Fəttahovun öldüyü sonradan bilinib.
Fövqaladə Hallar Nazirliyinin əməkdaşları meyiti aşkar ediblər. Faktla bağlı adaşdırma başlanılıb.