Gəncədə şəhər xəstəxanalarından birində ölüm faktı qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, müayinə edilən zaman 1959-cu il təvəllüdlü Azər Əliyevin səhhəti pisləşib.
Reanimasiya şöbəsinə yerləşdirilən 66 yaşlı şəxs orada ölüb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.