Gəncə Dövlət Dram Teatrında premyera baş tutub. Bu haqda 9 oktyabr tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
Sabit Rəhmanın “Yalan” pyesi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov, rəssamı isə Mirzə Mehdidir. Tamaşada Respublikanın Əməkdar artisti Kəmalə Məmmədova, aktrisa Zəminə Cəfərova, Samir Abbasov və başqaları rol alıblar.
“Quruluş verdiyim əsər 50 il qabaq yazılsa da, indi də aktuallığını itirməyib” deyə Bəhram Osmanov qeyd edib.