Gəncədə növbəti qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda 13 oktyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən şəhər ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Əməliyyatlar zamanı Şıxzamanlı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar olunub.
Qurumun əməkdaşları icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə qanunsuz tikilini söküblər.