Gəncəli Xalq artisti xəstəxanadan evə buraxılıb. Bu haqda 27 iyul tarixində Qafqazinfo-ya istinadən xəbər veririk.
Bir müddət öncə Şahnaz Haşımovanın səhhətinin pisləşərək xəstəxanaya yerləşdirilməsi haqda məlumat paylaşmışdıq. Xanəndə bu gün xəstəxanadan çıxıb.
“Çox şükür, Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar”, - deyərək Xalq artistinin bacısı Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında bildirib.
Xatırladaq ki, Şahnaz Haşımovanın Bakıda xəstəxanaya yerləşdirildiyini xəbər vermişdik.