Gəncə voleybolçuları Yüksək Liqada cari mövsümün ilk oyununu keçirəcək. Bu haqda 14 noyabr tarixində voleybol klubuna istinadən xəbər veririk.
"Gəncə" VK və "Murov Az Terminal" VK qarşılaşacaqlar. Oyun təmsilçimizin doğma meydanında keçiriləcək. Görüş 21 noyabr tarixində saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, "Gəncə" VK Azərbaycan Yüksək Liqasının 2023-2024-cü il mövsümünə bu oyun ilə start verəcək.