top
Türk şəhidini qonaq edən sakinimiz: Gəncə son xatirəsi oldu…
14 noyabr 2025, 14:32
- ↺ +

Türk şəhidini qonaq edən sakinimiz: "Gəncə son xatirəsi oldu…"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, "C130" tipli hərbi yük təyyarəsi Gəncədən Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğrayıb.

Gencexeber.az məlumat verir ki, hava gəmisinin göyərtəsində olan 20 hərbçi arasında Baş texnik Emre Sayın da olub. Türkiyədə şəhid elan edilən qardaş ölkənin hərbçisi son gününü Gəncədə keçirib.

Bu barədə məlumatı Gəncə şəhər sakini Vüqar Əliyev redaksiyamıza bildirib.

Onun sözlərinə görə, Emre Sayın ilk dəfə idi ki, Gəncəyə səfər edirdi. Qısa tanışlıqdan sonra o, şəhəri gəzmək və Türkiyədə yaşayan yaxınları üçün alış-veriş etmək istədiyini bildirib.

Bu səbəbdən Vüqar Əliyev və dostları qonağı şəhərlə tanış edib, onu Göygölə və Hacıkəndə də aparıblar. Həmyerlilərimiz türk hərbçisinə süfrə açıblar: "Rəhmətlik üçün süfrə açdıq. Qonaqpərvərliyə görə bizə dərin minnətdarlığını bildirib, Gəncənin sakit və gözəl şəhər olduğunu dedi. Çox qürurlandıq. Sonra xəbərləri görüb sarsıntı keçirdik. Gəncə son xatirəsi oldu…" 

Növbəti gün Emre Sayın Gəncədən Türkiyəyə yola düşəcək aviareysə yola salınıb. 

Əfsuslar olsun ki, həmin səfər Emre Sayının son uçuşu oldu.

Allah rəhmət etsin!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Bütün xəbərlər
04 noyabr 2026, 15:32

Avtovağzal gücləndirilmiş rejimdə çalışacaq

Oxşar xəbərlər