Gəncədə itkin düşən qız tapılıb. Bu haqda 27 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.
14 yaşlı şəhər sakininin ötən gün yaşadığı evdən çıxaraq geri dönməməsi haqda xəbər paylaşmışdıq. Türkan Qurbanova itkin düşmüşdü.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun məlumatına əsasən, polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə yeniyetmənin yeri müəyyən olunub. O, ailəsinə təhvil verilib.