Göygöl rayonunun Çaylı kəndi istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, "TIR" markalı yük avtomobili "LADA Niva" markalı maşınla toqquşub.
Qəza zamanı minik maşınında olan Hacıməlik qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Mehman İbrahimov və onun 16 yaşlı oğlu Hikmət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyəti kafidir.