top
“TikTok” Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir
05 may 2025, 15:09
- ↺ +

“TikTok” Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir

 

“TikTok” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə “Azərbaycan müəllimləri” adlı milli müsabiqəyə start verir.

Gencexeber.az bildirir ki, üsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr – iPhone 16 Pro smartfonları qazanacaq.

“TikTok” platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş “TikTokdanÖyrən” təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.

Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. “TikTok”un “Azərbaycan müəllimləri” təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. “TikTok”da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.

Müsabiqədə iştirak üçün artıq “TikTok”da kontent yaradan və ya platformada hesab açmağa hazır olan məktəb müəllimləri, ali məktəb və kollec müəllimləri dəvət olunur.

5 maydan 1 iyuna qədər müəllimlərdən tədris etdikləri fənn üzrə mövzu ilə bağlı maarifləndirici videolar paylaşmaları xahiş olunacaq.

Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir.

Müsabiqənin şərtlərinə uyğun maarifləndirici videoları ilə ən çox izlənmə sayı qazanan müəllimlər qalib seçiləcəklər.

“Biz, Azərbaycanda “TikTok” istifadəçiləri arasında maarifləndirici kontentə olan marağın davamlı olaraq artdığını görürük. Eyni zamanda, ölkədə artıq “TikTok”u mənimsəyən bir çox istedadlı müəllimlər olduğunu müşahidə edirik və əminik ki, burada hələ də platformada inkişaf etmək üçün böyük potensiala sahib çoxlu müəllimlər var. Biz “Azərbaycan müəllimlər”i adlı ilk müsabiqəni təşkil edirik ki, müəllimlər öz istedadlarını ortaya qoysun və biliklərini geniş auditoriya ilə paylaşmağa başlasınlar. Əminik ki, yerli icmamız bu yeni təşəbbüsdə fəal iştirak edəcək və “TikTok”da daha çox keyfiyyətli, faydalı kontent yaranacaq”, – deyə “TikTok”un Azərbaycandakı, Türkiyədəki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Melis Çağlar şərh edib.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər