Kişilərdən ibarət "Gəncə" basketbol klubu heyətini daha bir yerli oyunçu ilə gücləndirib.
Gencexeber.az məlumat verir ki, klub Tariyel Yusifzadə ilə qarşıdakı mövsümün sonuna qədər müqavilə imzalayıb. Basketbolçu komandada 16 nömrəli forma ilə çıxış edəcək.
Yusifzadə üçün "Gəncə" yad klub deyil. O, 2023/2024 mövsümündə də "sarı-göy" formanı geyinib və indi yenidən komandanın heyətinə qayıdıb.
Hücumçu ötən mövsümü "Ordu" klubunda keçirib. O, eyni zamanda Azərbaycanın U-18 və U-20 millilərinin də şərəfini qoruyub.