top
Kürdə köməksiz qalan ailə üzvlərinin adları məlum olub - YENİLƏNİB
27 mart 2026, 14:17
- ↺ +

Kürdə köməksiz qalan ailə üzvlərinin adları məlum olub - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Samux rayonunda Kür çayında köməksiz vəziyyətdə qalan şəxslərin kimliyi müəyyənləşib.

Gencexeber.az-ın məlumatına görə, həmin şəxslər 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları — 2019-cu il təvəllüdlü B.Mustafayeva və 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Bildirilib ki, ailə Gədəbəy rayon sakinləridir və bir ailənin üzvləridir. Məlumata əsasən, onlar qulançar, şomu və odun yığmaq məqsədilə Kür çayının ərazisinə gediblər. Bu zaman suyun səviyyəsinin qəfil artması nəticəsində çayın ortasında köməksiz vəziyyətdə qalıblar.

Qeyd edək ki, sözügedən ailə Kür ətrafında maldarlıq fəaliyyəti ilə məşğuldur.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və onların xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:43


Samux rayonunda odun toplamaq istəyən şəxslər köməksiz vəziyyətdə qalıb.

Gencexeber.az-ın məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində baş verib. Belə ki, bir ailənin 4 üzvü çayın məcrasında olan adacıqda odun yığan zaman suyun səviyyəsi qəfil artıb.

Nəticədə həmin şəxslər çayın ortasında köməksiz vəziyyətdə qalıblar və quruya çıxa bilməyiblər. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

Gəncədə kitab sərgisi keçiriləcək – GİRİŞ ÖDƏNİŞSİZ

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Bütün xəbərlər
Dünən, 15:45

Gəncədə avtomobil evin hasarına çırpılıb

Bütün xəbərlər
Dünən, 15:35

Gəncənin deputatı uşaqpulunun artmasından danışdı

Bütün xəbərlər
Dünən, 13:29

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

Bütün xəbərlər
Dünən, 12:55

Gəncədə Zəfər Gününə həsr olunan veloyürüş keçirilib

Bütün xəbərlər
Dünən, 11:52

Gəncəli oğlanlar bu göstəricidə qızlardan geri qalır

Bütün xəbərlər
Dünən, 10:41

Çipsin qiyməti arta bilər: YENİ VERGİ

Bütün xəbərlər
Dünən, 10:19

Gəncədə yerləşmə müəssisələrində yoxlama aparılıb

Bütün xəbərlər
Dünən, 09:15

"TikTok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 09:15

Gəncədə işıqfor narazılığı: əsas yolda avtomobillər növbəyə düzülür

Bütün xəbərlər
Dünən, 08:46

Gəncədə həftədə 4 gün ödənişsiz məşğələlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2026, 17:35

ATU əməkdaşı elmi ada layiq görülüb

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Quşqara sakinlərinin xahişi məqsədəuyğun hesab edilmir - YENİLƏNİB

Bütün xəbərlər
04 noyabr 2026, 16:24

Temperatur 10 dərəcə enəcək - Xəbərdarlıq

Bütün xəbərlər
04 noyabr 2026, 16:22

Qəzada həlak olan şəhid anasının FOTOSU

Bütün xəbərlər
04 noyabr 2026, 16:02

Avtomobil dərəyə aşıb, şəhid anası həyatını itirib

Bütün xəbərlər
04 noyabr 2026, 15:32

Avtovağzal gücləndirilmiş rejimdə çalışacaq

Oxşar xəbərlər