top
Sürücülər üçün əlçatan şikayət mexanizmi yaradılsın - Gəncəli deputat
05 iyun 2026, 16:58
- ↺ +

"Sürücülər üçün əlçatan şikayət mexanizmi yaradılsın" - Gəncəli deputat

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Peşəkar sürücülər üçün cərimə balı həddinin artırılması, eləcə də yol nişanlama problemlərinin aradan qaldırılması təklif edilir.

Gencexeber.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Gəncədən seçilən deputat Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan peşəkar sürücülər avtomobil yollarının ən aktiv iştirakçılarıdır və onların yolda keçirdiyi vaxt adi sürücülərlə müqayisədə 5-8 dəfə çoxdur.

Onun sözlərinə görə, xüsusilə taksi sürücülüyü aşağı və orta gəlirli əhali qrupları üçün əsas dolanışıq vasitələrindən biri hesab olunur:

"Fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir mənbəyidir. Belə şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem deyil, bütün ailəyə təsir edən ciddi iqtisadi problemə çevrilir".

Deputat qeyd edib ki, peşəkar sürücülər uzun müddət yolda olduqları üçün kiçik texniki pozuntular nəticəsində cərimə ballarını daha tez toplayırlar. Naqif Həmzəyev hesab edir ki, mövcud 20 ballıq limit peşəkar sürücülər üçün əlavə çətinlik yaradır:

"Buna görə hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız kobud qayda pozuntularına görə bal tətbiq edilməsini təklif edirəm. Ən azı ilk dəfə törədilən yüngül pozuntularda yalnız cərimə tətbiq oluna bilər".

Deputat yol infrastrukturundakı problemlərə də diqqət çəkib. O bildirib ki, qaydaların ədalətli tətbiqi üçün yol nişanlama sistemi də təkmilləşdirilməlidir.

Bu çərçivədə Gəncə və digər bölgələrdə yolların xətlənməsi işlərinin keyfiyyətinin artırılması, görünməyən və silinmiş yol nişanlarının yenilənməsi, infrastrukturu tamamlanmamış yollarda kameralar vasitəsilə cərimələrin müvəqqəti dayandırılması və sürücülər üçün əlçatan şikayət mexanizminin yaradılması təklif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
06 noyabr 2026, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
06 noyabr 2026, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Oxşar xəbərlər