Tovuz rayonunda mövcud olan sürət nişanlarından birinə qanunsuz müdaxilə edilib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Belə ki, yolda hərəkət sürətinin saatda 40 kilometr olduğunu göstərən nişana sonradan "1" rəqəmi əlavə olunub. Nəticədə nişandakı sürət həddi 140 km/saat kimi görünüb. Bu hal sürücülərin çaşqınlığına səbəb olub.
Sözügedən nişan Çatax kəndi ərazisində olub. Artıq nişan əvvəlki halına qaytarılıb.
Mənbə: oxu.аz