Gəncədə “qiyamçı-polkovnik”in dəfn mərasimi keçirilib. Bu haqda 2 avqust tarixində Report-a istinadən məlumat veririk.
İki gün öncə sabiq baş nazir Surət Hüseynovun vəfatı haqda xəbər paylaşmışdıq. Mərhum bu gün doğulduğu Gəncə şəhərinə gətirilib. Onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib. Burada Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər.
Sonra o, 4 saylı qəbiristanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Surət Hüseynov uzun sürən xəstəlikdən sonra iyulun 31-də Türkiyənin İstanbul şəhərində vəfat edib.