Qadın sirkə turşusundan zəhərlənib.
Gencexeber.az məlumat verir ki, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Mahizər Musayeva ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, 60 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.