Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.