top
Şəmkirdəki qətllə bağlı detallar məlum oldu
24 iyul 2026, 15:27
- ↺ +

Şəmkirdəki qətllə bağlı detallar məlum oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qeyri-rəsmi münasibətdə olduğu şəxsi atası və qardaşı ilə birləşərək xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təranə Teyyubova (red, ad-soyad şərtidir), Sənan Əsgərov və Elvin Əsgərovun cinayət işinin bəzi detalları məlum olub. 

Hadisə ötən ilin sentyabrın 4-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində qeydə alınıb. 

Aparılan istintaqla müəyyən edilib ki, onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməllərini törədiblər. 

Belə ki, 1995-ci il təvəllüdlü Təranə Teyyubova (red, ad-soyad şərtidir) qeyri-rəsmi ər-arvad münasibətlərində olan 1993-cü il təvəllüdlü Tural Abdullayevi özünə məxsus müxtəlif profillər vasitəsilə "Tik-Tok"da yaymış olduğu onun çılpaq şəkillərini və intim videolarını, o cümlədən atası Sənan Əsgərov Sənan və digər ailə üzvlərinin şəkilləri olan təhqiredici videoları ordan çıxarılmasına və gələcəkdə belə hərəkətlərə bir daha yol verməməsinə  iradını bildirib. 

Buna baxmayaraq, Təranə qisas almaq niyyətilə atası 1968-ci il təvəllüdlü Sənan Əsgərov və qardaşı 1996-cı il təvəllüdlü Elvin Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Tural Abdullayevi qəsdən öldürmək qərarına gəlib. 

İttiham aktında göstərilib ki, onlar bu məqsədlə qabaqcadan planlaşdırdıqları kimi Turalı Şəmkir rayonuna dəvət ediblər. Tural Abdullayev dəvəti qəbul etdikdən sonra icarə müqaviləsi əsasında idarə etdiyi avtomobillə 2025-ci sentyabrın 4-də onların yaşadıqları evə gəlib, onlarla birlikdə şam yeməyi yeyiblər. Sonra Təranə Teyyubova (red, ad-soyad şərtidir) Turalla birlikdə istirahət etmək məqsədilə yaşadıqları Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evinin yataq otağına keçiblər. 

Bu məqamda əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Tural Abdullayevlə yatağa girib onunla birgə uzanmış, bu zaman atası Sənan Əsgərov qardaşları Elvin Əsgərov və Kənan Tanrıverdiyevlə birlikdə qəflətən otağa daxil olublar. 

Elvin Əsgərov əlindəki dəmir boru parçası ilə, atası Sənan Əsgərov və qardaşı Kənan Tanırverdiyev yumruq və tapik zərbələri ilə Tural Abdullayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək döyüblər. 

Buna baxmayaraq, Tural Abdullayev israrla onun çılpaq şəkillərini və intim videolarını, o cümlədən özünün və digər ailə üzvlərinin şəkilləri olan təhqiredici videoları sosial şəbəkələrdən silməyib. 

İttiham aktında göstərilib ki, bu səbəbdən qisas almaq niyyətilə səhəri gün, yəni 5 sentyabr 2025-ci il tarixdə şam yeməyi yedikdən sonra o, Tural Abdullayevlə birlikdə saat 23:30 radələrində istirahət etmək məqsədilə fərdi yaşayış evinin yataq otağına keçiblər. Bu zaman Sənan Əsgərov ov bıçağı ilə qəflətən yataq otağına daxil olaraq Tural Abdullayevin boynundan zərbə endirərək xəsarəti yetirib. 

Tural Abdullayev bir gün əvvəl yatağın altında saxladığı mətbəx bıçağı ilə Təranənin atası Sənan Əsgərov vurur. Tural fiziki cəhətdən Sənandan güclü olduğundan onu zərərsizləşdirmək üçün yerə yıxır. Bu zaman Təranə Turalın almış olduğu xəsarət nəticəsində gücünü itirməsindən istifadə edib, bıçağı onun əlindən alır. 

Daha sonra Turalın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 6 bıçaq zərbəsi endirir. 

Həmin vaxt Təranənin qardaşı Elvin Əsgərov yataq otağına daxil olaraq atasının əlindən bıçağı alıb Turalın boğaz nahiyəsinə qəsdən 3 zərbə endirir. 

Bundan sonra Elvin Əsgərov bıçağı döşəmənin üzərinə ataraq yataq otağını tərk edib. Sənan Əsgərov isə üstünə yıxılmış Tural Abdullayevin altından çıxıb döşəmənin üzərində olan bıçağı götürüb cinayətkar əməlini davam etdirir. Belə ki, Sənan Əsgərov bıçaqla Tural Abdullayevin boyun-boğaz, bel, ayaq və bədəninin digər nahiyələrinə zərbələr endirir və onu xüsusi amansızlıqla qətlə yetirib. 

Bununla da, hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Mənbə: unikal.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
06 noyabr 2026, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
06 noyabr 2026, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Oxşar xəbərlər