top
Sayğaclarımız harada və necə istehsal olunur? - REPORTAJ
24 may 2025, 16:37
- +

Sayğaclarımız harada və necə istehsal olunur? - REPORTAJ

 

İllərdi mətbuatdayam, amma bu günə qədər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin bölgələrə media tur təşkil etdiyini heç eşitmədim. Azərbaycanın hər rayonunun, hər kəndinin qazla təmin olunması həyata keçirildiyi bir dövrdə mətbuat nümayəndələrinin yerində görülən işlərlə tanış olmasına təşəbbüs göstərilməməsi, açığı, bir qədər təəccüblüdür. Bəlkə də bölgələrin sosial-iqtisadi inkişafının işıqlandırılması üzrə ixtisaslaşmış Yurd.Media portalının fəaliyyətə başlamasını gözləyirlərmiş.

Zarafat bir yana, gec oldu, güc oldu. Media nümayəndələri Gəncəyə səfər zamanı ölkədə kommunal xidmətlərin göstərilməsi üzrə strateji əhəmiyyətə malik bir qurumun yerli iqtisadiyyata verdiyi töhfəni əyani şəkildə gördü.

Belə ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Sənədə əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və “Azəriqaz”  tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub.

Deməli, Memorandum çərçivəsində ilkin olaraq 2 000 ədəd qaz sayğacı “Azəriqaz”a təqdim olunub. Həmin sayğaclar sınaq qurğularında yoxlanılıb və  “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılıb. Bu yoxlama və sınaqlar zamanı isə heç bir qüsur aşkar edilməyib. Beləliklə, 2023-cü ildə “Azəriqaz”ın məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ilə müqavilə bağlanıb. Bu əməkdaşlıq nəticəsində artıq İstehsalat Birliyi Zavoddan 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağı alıb və tətbiq edib.

Bu əməkdaşlığı əminliklə yerli istehsala üstünlük verənlərin nə qədər divident qazandığına nümunə kimi göstərmək olmaz.

“Azəriqaz” nə qazanır?

SOCAR-ın idxaldan asılılığının azalması təmin olunur. Sifarişin logistika səbəbi ilə gecikməsi, zay məhsulun geri qaytarılması çətinliyi və digər problemlərdən azaddır.

Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlər asanlaşdırılıb və dəfələrlə ucuzlaşdırılıb. İndi xarab olmuş sayğacları böyük partiyalarla xaricə göndərib, heç də bizim mütəxəssislərdən çox bilməyən əcnəbilərlə uzun-uzadı yazışma-danışma aparıb problemi izah etməyə gərək yoxdur, yerli zavod öz dilimizi daha yaxşı başa düşür.

Ölkə iqtisadiyyatı nə qazanır?

Bolgədə sahibkarlığın inkişafına dəstəkdir və növbəti istehsalat xətlərinin yaradılması üçün stimuldur.

Regionlarımızdan insanların stabil, daha yaxşı ödənilən iş üçün Bakıya axın etdiyi bir dövrdə daimi iş yerlərinin açılması. Məhz bu sayğacların istehsala başlaması ilə Gəncə Cihazqayırma Zavodu işçilərin sayını 270 nəfərədək artırıb. Müşahidələrimiz onu göstərdi ki, bu rəqəmdə də dayanmaq fikirləri yoxdur - hər sexdə boş yer saxlanılıb ki, sifarişlər çoxaldıqca əlavə dəzgahlar alıb, yeni işçilər cəlb edib istehsal gücünü artırsınlar.

Yerli kadrların peşəkarlıq səviyyəsi artır. Dünya təcrübəsində hər yeni texnoloji yenilik dərhal mənimsənilərək istehsalatda tətbiq olunmalıdır. Əks halda sifarişçi daha modern həllər təklif edən şirkətlərlə işləməyə üstünlük verəcək.

Valyutanın ölkədən kənara çıxmasının qarşısı alınır, təchizat prosesinin şəffaflığı təmin edilir.

Gəncə Cihazqayırma Zavodu digər bir məqamla da xoş təəccübləndirdi - sayğac istehsalında istifadə olunan bütün detallar elə buradaca hazırlanır. Qaz sayğaclarının istehsalında hansısa hissə gətirilsə də, su sayğaclarının ümumiyyətlə heç bir boltu belə zavoddan kənarda düzəlmir. Təbii ki, Çindən bütün detalları gətirib ölkədə Lego kimi yığmaqla "istehsal xətti qurmuşam" demək asandır. Əsl dayanıqlı istehsal ortaya çıxardığın məhsulun hər detalının öz dəzgahından çıxarmaqdır

Bu alqışlara layiq fəaliyyət öz bəhrəsini də verir əlbət. Zavodun istehsal etdiyi su sayğacları Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya kimi ölkələrə ixrac olunur.

Gündəlik həyatımızın əsas enerji mənbəyi olan qaz da işıq da Azərbaycanda istehsal olunan strateji sərvətimizdir. İndi bu sərvətimizdən nə qədər sərfiyyat etdiyimizi də öz cihazlarımız müəyyən edir. Yurd.Media komandası bu vacib missiyanı həyata keçirən həm istehsalçıya, həm sifarişçiyə uğurlar diləyərək belə nümunələrin digər bölgələrdə də işıqlandırmağı arzu edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:58

Gəncədə öldürülən Ayşənin sonsuz faciəsi…

Bütün xəbərlər
Bu gün, 17:33

Gəncədə yanğın olub

Bütün xəbərlər
Bu gün, 17:00

Elxan Elatlı Gəncədəki oxucuları ilə görüş keçirəcək

Bütün xəbərlər
Bu gün, 16:25

Quş qripinə qarşı monitorinq keçiriləcək

Bütün xəbərlər
Bu gün, 15:23

Azərbaycanda 16 rayonda "Sağlam məhəllə"lərin yaradılmasına başlanılır

Bütün xəbərlər
Bu gün, 14:31

Gəncə Dövlət Filarmoniyasının aqibəti necə olacaq? – Bina çökür

Bütün xəbərlər
Bu gün, 13:59

Göygölün icra başçısı vəzifəsindən azad edildi

Bütün xəbərlər
Bu gün, 13:09

Rafael Hüseynov: "Rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir"

Bütün xəbərlər
Bu gün, 12:28

Sabah hava dumanlı olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:44

Xalq artisti qəzaya görə Gəncədəki konsertini təxirə saldı

Bütün xəbərlər
Bu gün, 11:07

Gəncədə klounların VERGİSİ ARTIRILIR

Bütün xəbərlər
Bu gün, 10:38

Yol polisi sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 09:58

Gəncədən qalxandan sonra qəzaya uğrayan TƏYYARƏ BUDUR

Bütün xəbərlər
Bu gün, 09:32

Gəncəlilər izdihamla türkiyəli gimnastları yola salıblar

Bütün xəbərlər
Bu gün, 09:15

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:13

Prezident Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 08:41

Göygöldə avtomobil ağaca çırpıldı, 4 nəfər yaralandı

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 20:33

Gəncə əhalisinin sayı açıqlandı

Bütün xəbərlər
Dünən, 19:15

Gəncədə illərdir həll olunmayan qəzalı su borusu problemi

Bütün xəbərlər
Dünən, 18:03

Gəncədən Bakıya hər yarım saat avtobus yola düşür

Bütün xəbərlər
Dünən, 16:12

Gəncədə əməkhaqqı artıb

Bütün xəbərlər
Dünən, 15:29

DİN kibercinayətkarlıq halları ilə bağlı çağırış edib

Bütün xəbərlər
Dünən, 14:45

Gəncəli xanım alim oldu

Oxşar xəbərlər