Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində yerləşən "Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.
Gencexeber.az bildirir ki, bu barədə DSX məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov şəxsi heyətə çatdırıb.
Açılış mərasimindən sonra sərhəd zastavasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və mənzillərə baxış keçirilib.