Gəncədə daha bir şəxs silaha görə saxlanılıb. Bu haqda 21 oktyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tədbir keçiriblər. Əməliyyat nəticəsində şəhər sakini Ş.Hüseynov saxlanılıb. Onun yaşadığı evdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.