Gəncədə fərdi ev hərraca çıxarılacaq. Bu haqda 28 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Kəpəz bələdiyyəsi tərəfindən fərdi yaşayış evi satışa çıxarılacaq. Əmlakın ümumi sahəsi 380 kvadratmetrdir. Müsabiqə 30 noyabr saat 15:00-da keçiriləcək. Hərrac ƏMDX-nin Gəncə ərazi şöbəsində (Heydər Əliyev meydanı) baş tutacaq. Əmlakın ilkin satış qiyməti 2546 manat olacaq.
Ətraflı məlumat almaq istəyənlər linkə keçid edə bilərlər.