Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və xüsusi texnikaları vasitəsilə Sadıllı qəsəbəsində təmizlik işləri aparılıb.
Gencexeber.az bildirir ki, sözügedən ərazilərdə yol kənarlarına atılan müxtəlif məişət tullantıları yığılaraq ərazidən daşınması təmin edilib.
Sadıllı qəsəbəsindən keçən su arxında daşma təhülkəsini önləmək məqsədilə suyun axınına maneə yaradan tullantılar da yığılaraq ərazidən daşınıb.