Gəncədə yeni tamaşa nümayiş olunacaq. Bu haqda 7 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Bu gün, oktyabrın 7-də Gəncə Dövlət Dram Teatrında saat 17:00-da premyera baş tutacaq. Sabit Rəhmanın "YALAN" sosial satirası səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
İzləmək istəyən hər kəs dəvətlidir.